Slimfit
  1. DÜNYA

Böyük Britaniyada robot istehkamçının sınaqları başa çatıb

Böyük Britaniyada robot istehkamçının sınaqları başa çatıb
Sakura

Böyük Britaniyada robot istehkamçının sınaqları başa çatıb

Birləşmiş Krallıqda “Harris Corporation” şirkətinin istehsalı olan “T7” robotunun sınaqları yekunlaşıb. Kiçik tırtıllı qurğu gələcəkdə aşkarlanan minaların təmizlənməsi və məhv edilməsi üzrə əsas işləri görəcək.

ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, noyabrda Böyük Britaniya ordusuna tədarük ediləcək ilk dörd aparat şəxsi heyətin təlimi üçün istifadə ediləcək. Ordu tərəfindən ümumilikdə 56 qurğunun alınması planlaşdırılır. Onlar orduda 1972-ci ildən silahlanmada olan “Wheelbarrow Mk8B” robotlarını əvəzləyəcək. Hərbçilərin planına görə, “Wheelbarrow Mk8B” robotları 2020-ci ildə daha müasir texnika ilə əvəz ediləcək.

Məlumata görə, “T7” istehkamçı robotunun sınaqları Uorikşir qraflığının Kinton şəhərində keçirilib.
Britaniya ordusunun nümayəndəsi podpolkovnik Tornton Deril Herst bildirib ki, qurğunun rəsmən silahlanmaya qəbulu növbəti ilin iyuluna nəzərdə tutulur, tam əməliyyat qabiliyyətinə isə 2020-ci ildə nail olunacaq.

Onun sözlərinə görə, sistemə ilkin tələblər Britaniya sənayesinin imkanlarına daha yaxşı uyğunlaşmaq üçün azaldılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR