Tədqiqatçılar əmindir ki, bunun üçün min il lazımdır
Böyük Britaniyanın Sent-Endrüss universitetinin alimləri şahmat tapmacasını tapmaq üçün meydan oxuyublar. Tapmacanın həllinə milyon dollarlıq mükafat təklif olunur.
“8 vəzir haqqında tapmaca” 1850-ci ildən mövcuddur və ondan ibarətdir ki, 64 damalı şahmat taxtasında 8 vəziri elə düzmək lazımdır ki, onların heç biri bir-birinə hücum etməsin. Məsələnin həlli ehtimalı taxtanın ölçüsündən birbaşa asılıdır: 1000x1000 damalı sahədə proqrama tapmacanı həll etmək üçün min il lazımdır.
Universitetin əməkdaşları məsələni həll etmək üçün alqoritm fikirləşib tapmağı təklif edir. Bu alqoritm onun mümkün olmamasını da sübut edə bilər. Əsas 64 damadan ibarət sahənin ölçüsünü dəyişməməkdir.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət