Böyük Britaniyada həyəcan: bütün şəhər nəhəng pitonu axtarır
Böyük Britaniyanın Kembric şəhərində uzunluğu 3 metrə çatan torlu pitonu tapmağa çalışırlar.
Publika.az xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanlarının tvitter səhifəsində deyilir.
“Səhər tezdən Kembric polisləri bu rayonda üç metrlik ilanın qeydə alınması haqqında xəbərlərdən sonra Lovell-Roud rayonuna baş çəkiblər. Polis ilanı deyil, onun sahibini aşkar edib”, - xəbərdə deyilir.
Hüquq-mühafizə orqanları həmçinin ilan haqqında istənilən informasiyanın onlara çatdırılmasını xahiş edib.
Qeyd edək ki, torlu piton cənub və cənub-şərqi Asiyasında yaşayan zəhərsiz ilandır. Dünyada ən böyük ilan hesab edilir. Bu ilanların uzunluğu yeddi metrdən çox ola bilər.
2018-ci ilin iyununda yerli KİV-ə istinadən bildirilirdi ki, İndoneziyanın Sulaves adasında 7 metrlik pitonun mədəsində qadının bədəni aşkar edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət