Dərc edildi: Baxış sayı: 354
Böyük Britaniyada da marixuana leqallaşdırıldı
Böyük Britaniyada marixuananın tibbi məqsədlər üçün istifadəsinə qoyulmuş qadağa aradan qaldırılıb.
Trend-in məlumatına görə, qadağanın aradan qaldırılması barədə qərar rəsmi şəkildə verilib.
Artıq bu gündən bu ölkədə həkimlər xəstələrə lazım olduğu təqdirdə kannabinoid tərkibli preparatlar yaza biləcəklər.
Qeyd edək ki, ABŞ-ın 20-dən çox ştatı, Kanada, Argentina, Avstraliya, Belçika, Braziliya, Xorvatiya, Çexiya və bir sıra digər ölkələrdə marixuanadan müəyyən həcmdə istifadə artıq leqallaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət