Slimfit
  1. İDMAN

Böyük Britaniya yığmasının Bakıda keçiriləcək DÇ üçün heyəti açıqlanıb

Böyük Britaniya yığmasının Bakıda keçiriləcək DÇ üçün heyəti açıqlanıb
Sakura

Böyük Britaniya yığmasının Bakıda keçiriləcək DÇ üçün heyəti açıqlanıb

Böyük Britaniyanın cüdo üzrə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. SİA-nın məlumatına görə, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilər, 9-u qadınların fərdi yarışına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.Komanda üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının bürünc mükafatçıları Nekoda Smit-Devis və Natali Pauell də var.29 yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə özlərinin ilk dünya çempionatında mübarizə aparacaq.

Böyük Britaniya yığmasının heyəti:

Kişilər: Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq)

Qadınlar: Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi 78kq), Sara Adlinqton (+78 kq)

Qarışıq

Kişilər: Denni Uilyams (73 kq), Uesli Qrinic (+90 kq)

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR