Slimfit
  1. DÜNYA

Böyük Britaniya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Böyük Britaniya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
Sakura

Böyük Britaniya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib

Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi ölkə vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yerləşdirilib.

“Xarici və İttifaq məsələləri üzrə Ofis İrana edilən bütün səyahətlərdən çəkinməyi tövsiyə edir. Bundan əlavə, vətəndaşları İrana, İran daxilində və bu ölkədən olan bütün hava səyahətlərindən uzaq olmağa çağırır. Əgər İrandasınızsa, gediş seçimlərinizi nəzərdən keçirməli və dərhal ölkəni tərk etməyi düşünməlisiniz”, - deyə bildirilib.

Xəbərdarlıqda deyilib ki, bölgədə artan gərginlik mövcuddur: “2020-ci il yanvarın 8-də İran ABŞ hərbi qüvvələrinə ev sahibliyi edən İraqdakı iki hərbi bazaya raket zərbələri endirib. İran və digər ölkələr arasındakı gərginlik sürətlə pisləşə bilər. İranlı general Qasım Süleymaninin yanvarın 3-də Bağdadda ABŞ-ın zərbəsi nəticəsində öldürülməsindən sonra İran daxilində qəzəb yüksəkdir. Qərb maraqlarına qarşı təhlükənin artması ehtimalı var”.

Xarici və İttifaq məsələləri üzrə Ofis yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir müddət sonra qəzaya uğradığını xatırladaraq bu faciəvi qəzanın səbəbi ilə əlaqədar qeyri-müəyyənliyin olduğunu da əlavə edib: “Əgər hava nəqliyyatından istifadə etməyi qərara alsanız, səyahət etməzdən əvvəl son məlumat üçün hava yolu şirkəti və ya səyahət şirkəti ilə əlaqə saxlayın. Uçuş cədvəlləri qısa müddətdə ləğv oluna bilər. İranı tərk etmək üçün alternativ quru və dəniz əsaslı marşrutlar mövcuddur. Təhlükəsizlik məsələlərinin qəfil pisləşməsi halında təhlükəsizlik və nəqliyyat vəziyyətindən asılı olaraq Ofisin təmin edə biləcəyi  yardımda məhdudiyyətlər ola bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR