Slimfit
  1. CƏMİYYƏT

Böyrək çatışmazlığından əziyyət çəkənlərin diqqət edəcəkləri məqamlar açıqlandı

Böyrək çatışmazlığından əziyyət çəkənlərin diqqət edəcəkləri məqamlar açıqlandı
Sakura

Böyrək çatışmazlığından əziyyət çəkənlərin diqqət edəcəkləri məqamlar açıqlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi böyrək çatışmazlığından əziyyət çəkən şəxslərin qidalanarkən bəzi qaydalara riayət etməli olduqları barədə məlumat yayıb. 

"Report" xəbər verir ki, məlumatda kəskin böyrək çatışmazlığının böyrəklərin öz funksiyasını yerinə yetirə bilməməsinə səbəb olduğu qeyd olunub.

Bildirilib ki, bunun nəticəsi olaraq böyrəklər bədəndə olan zəhərli maddələri xaric edə bilmir: "Bu zaman orqanizmdə olan su və mineral duzların tarazlığı pozulur. Böyrək çatışmazlığının müalicəsi zamanı və müalicədən sonra böyrəkləri qorumaq üçün düzgün qidalanma həlledici rol oynayır. Bu xəstəlikdən əziyyət çəkən insanlara ev yeməklərinə üstünlük vermək məsləhət görülür. Yağlı və xəmir yeməklərinin istehlakının azaldılması tövsiyə olunur. Böyrək xəstəliyi olan insanlar duzsuz və ya tərkibində az miqdarda duz olan qidalara üstünlük verməlidirlər.

Böyrək xəstəliyindən əziyyət çəkən insanlar qida rasionundan spirtli içkiləri çıxarmaqla yanaşı, tütün məhsullarından da mümkün qədər uzaq durmalıdırlar. Eyni zamanda onlar kalium tərkibli qida məhsullarından-banan, portağal, kartof, ispanaq və pomidordan istifadəni mümkün qədər azaltmalıdırlar. Həmçinin natrium tərkibli qida məhsullarından-konservləşdirilmiş, dondurulmuş, hazır qida və fəstfudların, eləcə də fosfor və zülal tərkibli qidalardan-ət, süd, qoz-fındıq, paxlalı bitkilər və quru meyvələrin istehlakı məhdudlaşdırılmalıdır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR