Slimfit
  1. QADINLAR ÜÇÜN

Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız

Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız
Sakura

Botoksu əvəz edən maska! - Nişastalı reseptlə gənc qız dərisinə sahib olacaqsınız

Üz üçün möcüzəvi təsirə malik məhsullardan biri də nişastadır. Nişastadan hazırlanmış maskanın effektini dərhal görmək mümkün olur. Çünki bir prosedurdan sonra belə üz dərisi dartılır və parıldayır.
 
Medicina.az hamar və qırışsız dəriyə sahib olmaq istəyənlər üçün ev şəraitində hazırlanan maskanın reseptini təqdim edir:
 
Tərkibi
 
•1 x/q nişasta
•1 ç/q duz 
•1 ç/q bal, azacıq isti süd 
 
Hazırlanması
 
Bütün maddələri sıyıq halına gələnədək qarışdırın. Maskanı təmiz üzə çəkin. 30 dəqiqə saxlayın. Daha sonra maskanın qalıqlarını üzünüzdən pambığın yardımı ilə təmizləyin. Üzünüzü yuyun. 
 
Nişasta ilə yumurta ağından maska
 
Tərkibi
 
•1 x/q kartof nişastası 
•1 yumurtanın ağı
•0,5 ç/q limon şirəsi
•Azacıq su
 
Hazırlanması
 
Nişastanı su ilə pasta halına gələnə qədər qarşıdırın. Daha sonra ora yumurta ağını və limon şirəsini əlavə edin. Əmələ gələn yapışqan maddəni təmizlənmiş üzünüzə çəkin. 40 dəqiqə saxlayın.
 
Daha sonra pambığın köməyi ilə təmizləyərək üzünüzü yuyun.
 
Nişasta maskası botoksu əvəz edəcək! Nəzərə alın ki, nə qədər tez bu cür maskalardan istifadə etməyə başlasanız, yaşlanma ilə əlaqədar olan qırışlar sizdən bir o qədər uzaq olacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR