Dərc edildi: Baxış sayı: 563
“Botofoqo”nun sabiq futbolçusu “Səbail”ə keçib
Bakının “Səbail” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi braziliyalı Eriko Konstantino da Silvanı heyətinə qatıb.
Cənubi amerikalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı legionerin son klubu Rumıniya təmsilçisi “Astra” olub.
Qeyd edək ki, müdafiəçi karyerası ərzində Braziliyada “Botofoqo”, “Rio Branko”, “Quaratinqueta”, Rumıniyada “Panduri”, “Universitatya” (Kluj) klublarında da çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət