Slimfit
  1. DÜNYA

Boris Consonun koronavirusla bağlı məktubları satışa çıxarıldı

Boris Consonun koronavirusla bağlı məktubları satışa çıxarıldı
Sakura

Boris Consonun koronavirusla bağlı məktubları satışa çıxarıldı

Britaniyanın baş naziri Boris Consonun martın sonunda koronavirusa görə evdə qalmaqla bağlı hər ailəyə göndərilmiş məktubları satış üçün internetə çıxarılıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

Nəşrin məlumatına görə, “eBay” saytında baş nazirin yüzdən çox məktubunu almaq olar. Qiymət 5 funtdan 1 000 funta qədər dəyişir.

Qeyd edək ki, Boris Conson məktublarında britaniyalılardan evdə qalmağı və ictimai yerlərdə sosial məsafə saxlamağı xahiş edirdi.

Boris Conson özü də koronavirusa yoluxub. O, aprelin 6-da xəstəxanaya yerləşdirilib.

Britaniyada koronavirusa 215 min nəfər yoluxub, 31 min insan COVID-19-un qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR