Dərc edildi: Baxış sayı: 400
Boris Consonun “gizli” planı ifşa olundu
Boris Consonun hökumətinin “Brexit” üzrə “gizli” planı üzə çıxdı.
BBC-nin məlumatına əsasən, sənədi Böyük Britaniyanın Leyboristlər Partiyasının lideri Ceremi Korbin dərc edib.
Korbin bu sənədi “Brexit”dən sonra Şimali İrlandiyanın sərhəddə gömrük yoxlamaları yolu ilə Böyük Britaniyadan “ayrılacağını” göstərən “tutarlı dəlil” adlandırıb.
“Bu, dövlət maraqları naminə yolverilməzdir və Böyük Britaniyanın iqtisadiyyatına mənfi təsir göstərəcək”, - deyə leyboristlərin lideri bildirib.
Conson bu məlumatı artıq təkzib edib, Korbinin bəyənatını isə “axmaqlıq” adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət