Boris Conson Avropa İttifaqı ölkələri ilə sərbəst ticarət rejimini bərqərar etmək istəyir
Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson “Brexit”dən sonrakı dövrdə Avropa İttifaqı ölkələri ilə sərbəst ticarət rejimini bərqərar etmək istəyir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun seçki qərargahının rəhbəri İan Dunkan Smit məlumat verib.
Onun sözlərinə görə, B.Conson Aİ ölkələri ilə danışıqlar aparmaq üçün təklifini irəli sürməyə hazırlaşır: "Əgər təşəbbüs Aİ tərəfindən rədd edilərsə, oktyabrın 31-də Böyük Britaniya Aİ üzvlüyünü müvafiq razılaşmaya varmadan tərk edəcək".
Qeyd edək ki, B.Conson Böyük Britaniyanın baş naziri və iqtidardakı Mühafizəkarlar Partiyasının lideri kürsüsü uğrunda mübarizədə ən güclü iddiaçılardan sayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət