Dərc edildi: Baxış sayı: 459
“Boranı”dan şəhid ailələri ilə bağlı möhtəşəm addım
“Boranı” restoranlar şəbəkəsi şəhid ailələri ilə bağlı maraqlı addım atıb.
Axar.az xəbər verir ki, sözügedən şəbəkəyə aid bütün restoranlarda şəhid ailələrinin övladlarına təmənnasız şəkildə doğum günləri tədbiri təşkil edilməsi nəzərdə tutulub.
Bu barədə sözügedən restoranların qarşısında məlumat lövhəsi yerləşdirilib.
“Şəhid ailələrinin diqqətinə! Biz atanıza əbədi borcluyuq. Sevimli övladımız, “Boranı” restoranının kollektivi səni doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir və sənin üçün təşkil etdiyi “Doğum günün mübarək” təntənəli tədbirinə 5 nəfər yaxınınla birlikdə dəvət edir. Haqqı atanız tərəfindən ödənilib”, - elanda qeyd edilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət