Dərc edildi: Baxış sayı: 582
Boltonun gedişi Vaşinqtonu yumşaldacaq
Boltonun istefaya getməsi ABŞ-ın Şimali Koreya kursunun yumşalmasına səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Diplomatiya Akademiyasının professoru Kim The Hvan deyib.
“ABŞ-ın siyasəti dəyişə, bu qədər sərt olmaya bilər. Bolton Çin, Şimali və Cənubi Koreya, həmçinin, İrana qarşı sərt mövqe tuturdu. Bundan əlavə, məlum olduğu kimi, xarici siyasət məsələlərində Boltonla Dövlət Departamenti arasında bir çox fikir ayrılıqları vardı. Bu nöqteyi-nəzərdən ABŞ-ın siyasətində yumşalma qeydə alına bilər”, - politoloq bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət