Slimfit
  1. DÜNYA

“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb

“Boeing”in Çində ilk yığım zavodu işə başlayıb
Sakura

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətinin Çində 737 modeli təyyarələrinin yığım zavodunun açılış…

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkətinin Çində 737 modeli təyyarələrinin yığım zavodunun açılış mərasimi olub.

NUHÇIXAN Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, Couşan şəhərindəki zavodda “Air China” şirkəti üçün yığılmış ilk 737s təyyarəsi də mərasimdə təqdim olunub.

Bildirilir ki, “Boeing”in Çində zavod açmaqda niyyəti dünyanın ən böyük aviasiya bazarlarından biri olan Çində rəqibi “Airbus” şirkəti ilə ayaqlaşa bilməkdir.

Çin Kommersiya Təyyarələri Korporasiyası (COMAC) ilə müştərək qaydada yaradılan müəssisədə ildə 100 təyyarənin yığılması nəzərdə tutulub.

Qeyd edək ki, “Boeing” ötən il istehsal etdiyi təyyarələrin təxminən 25 faizini Çinə satıb. Şirkətin proqnozlarına əsasən, Çinin növbəti 20 ildə 1,2 trilyon dollar dəyərində 7700 yeni təyyarəyə ehtiyacı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR