Slimfit
  1. DÜNYA

“Boeing”: Təyyarə uçuşları iki ildən sonra əvvəlki səviyyəyə qayıdacaq

“Boeing”: Təyyarə uçuşları iki ildən sonra əvvəlki səviyyəyə qayıdacaq
Sakura

“Boeing”: Təyyarə uçuşları iki ildən sonra əvvəlki səviyyəyə qayıdacaq

“Boeing” şirkəti dünyada təyyarə uçuşları sayının iki ildən sonra, istehsal sahəsindəki artımın isə üç ildən sonra böhrandan əvvəlki səviyyəyə qayıdacağını güman edir.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Rusiya və MDB prezidenti Sergey Kravçenko ABŞ Ticarət Palatasının keçirdiyi konfransda məlumat verib.

“Boeing” nümayəndəsi cari ildə beynəlxalq aviaşirkətlərin 800 milyard dollar həcmində zərər çəkəcəklərinə dair proqnozlar olduğunu dilə gətirib: “Sərnişin daşımalarında böhrandan əvvəlki səviyyənin uzaqbaşı 40 faizinin şahidi olacağıq. Sözsüz ki, bu da hava nəqliyyatı sektorunda milyonlarla iş yeri bahasına başa gələcək”.

Həmçinin “Boeing”in pandemiya üzündən istehsalatı iki dəfə, geniş gövdəli təyyarə istehsalını isə üç dəfə azaltmaq qərarını aldığı xatırlanıb.

Dünyada hava nəqliyyatı ilə sərnişin daşımalarının 60 faiz azaldığı halda yük daşımalarının 50 faiz artdığı da vurğulanıb: “Bəli, dirçəlmə prosesinin çox uzun, bəlkə də üç il çəkəcəyini güman edirik, amma gələcək xeyli ürəkaçandır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR