Dərc edildi: Baxış sayı: 553
BNA sədri: “Sərnişin sıxlığı avtobus çatışmazlığından asılı deyil”
“Bakıətrafı qəsəbələrə yeni avtobus xətləri buraxılacaq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Sədr qeyd edib ki, koronavirus pandemiyasından əvvəl Bakıətrafı qəsəbələrlə bağlı silsilə tədbirlər keçirilirdi:
“115 kiçiktutumlu avtobus sifariş verilib. Pandemiya dövrü yekunlaşdıqdan sonra məsələni həll edəcəyik”.
“Sərnişin sıxlığı sırf avtobus çatışmazlığından deyil, intervalların çox olmasından asılıdır”, - deyə Vüsal Kərimli qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət