Dərc edildi: Baxış sayı: 307
BNA sədri avtobus qıtlığından danışdı
“Bakıda qəsəbədaxili və qəsəbələrətrafı avtobus şəbəkəsinin kasadlığı müşahidə edilir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi olaraq xətlərin yenilənməsi və yeni avtobusların xəttə buraxılması istiqamətində işlər aparılır:
“Bakı şəhərinin mərkəzində fəaliyyət göstərən marşrut xətlərindəki problem həll edildikdən sonra qəsəbələrarası və daxili marşrut xətləri üzrə işlər həyata keçiriləcək. Ekspress xətlərinin qalması analiz olunacaq. İctimai nəqliyyat - metro və avtobus bir-birini tamamlamalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət