Slimfit
  1. CƏMİYYƏT

BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?

BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?
Sakura

BNA-nın xərclədiyi 100 milyon hara gedib: Sistem nə vaxt diriləcək?

Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatın İntellektual İdarəetmə Sistemini (NİİS) təkmilləşdirmək üçün iki il öncə SİNAM şirkətinə bir ay ərzində təxminən 22 milyon manat vəsait verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz yazıb.
 
Onun sözlərinə görə, təkcə sistemin ehtiyat variantı (backup) və videorabitə üçün SİNAM-a 20 milyon manat vəsait verilib:
 
"Lakin "dirilmə” indiyədək də baş verməyib. Çünki 100 milyon vəsait xərclənən NİİS heç vaxt qarşıya qoyulan vəzifələri icra edə bilməyib və elə əvvəldən də iflas olmuşdu. Elə adi müşahidə ilə görmək olar ki, fiber-optik infrastrukturdan da əsər-əlamət qalmayıb.
 
Doğrudur, BNA ötən müddətdə Bakı şəhərində nəqliyyat sistemində qayda-qanun yaratmaq üçün xeyli səy göstərib, yeniliklər etməyə çalışıb, xüsusən də ictimai nəqliyyatın normal fəaliyyəti üçün bir sıra tədbirlər görüb. Amma NİİS qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti indiyədək də həll olunmayıb. Mən hələ də ümid edirəm ki, BNA bu qədər vəsaitin qarşılığında sistemi qismən də olsa bərpa edə biləcək".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR