Slimfit
  1. GÜNDƏM

BNA-dan millət vəkilinə: İşə piyada getsin...

BNA-dan millət vəkilinə: İşə piyada getsin...
Sakura

BNA-dan millət vəkilinə: İşə piyada getsin...

Bakı Nəqliyyat Agentliyi (BNA) deputat Tahir Kərimlinin Milli Məclisin iclasında səsləndirdiyi iradlara münasibət bildirib.

Axar.az xəbər verir ki, BNA-nın yaydığı məlumatda bəyan edilir:

"Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğurur. Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildiririk ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa, statusundan asılı olmayaraq, hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir. Düşünürük ki, Tahir Kərimli nəqliyyat vasitəsini dayanacaqda park edib, partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi. Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildiririk ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır”.

Qeyd edək ki, millət vəkili Tahir Kərimli bu gün parlamentin iclasında Bakı Nəqliyyat Agentliyini tənqid edib. Deputat şəxsi avtomobilini saxlamaq üçün yer tapa bilmədiyini, BNA əməkdaşları tərəfindən yazılan cərimələrin narazılıq doğurduğunu deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR