Slimfit
  1. GÜNDƏM

BNA: Bakıda parklanma yerləri müəyyənləşib

BNA: Bakıda parklanma yerləri müəyyənləşib
Sakura

BNA: Bakıda parklanma yerləri müəyyənləşib

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma, parklanma qaydalarını pozan şəxsləri inzibati məsuliyyətə cəlb edəcək, təxliyə xidməti həyata keçirəcək.

Trend-in məlumatına görə, bu sözləri BNA-nın İdarə Heyəti sədrinin müavini Fərid Nuriyev deyib.

O qeyd edib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərində parklanma yerləri artıq müəyyənləşdirilib.

F.Nuriyev bildirib ki, dayanma-durmanın qadağan olunduğu yerdə kameralar quraşdırılacaq:

“Dayanma-durma qaydalarını pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələr tətbiq olunacaq. Şəhərin mərkəzində olan sürücülərdən "Qış parkı" və Hökumət Evinin altında olan yeraltı dayanacaqdan istifadə edilməsi xahiş olunacaq”.

Sədr müavini onu da bildirib ki, paytaxtda olan işıqforlar artıq BNA-nın balansına keçib:

“Bakıda 300-dən artıq svetofor mövcuddur və bu günədək həmin işıqforların bir qismi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində idi. Bir müddətdir ki, müvafiq qurumla təhvil-təslim işlərini yekunlaşdırmışıq və bütün işıqforlar artıq Agentliyin tərkibindədir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR