Slimfit
  1. AVTO VƏ MOTO

BMW markalı avtomobillərdə nöqsan tapıldı - 360 min maşın geri qaytarılır

BMW markalı avtomobillərdə nöqsan tapıldı - 360 min maşın geri qaytarılır
Sakura

BMW markalı avtomobillərdə nöqsan tapıldı - 360 min maşın geri qaytarılır

Almaniyanın avtomobil istehsalçısı BMW Çin bazarında satdığı 360 min avtomobili hava təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.

Bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustdan etibarən BMW-nin Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive Ltd"nin 2014-2017-cı illərdə buraxdığı 271 min 880 avtomobil, habelə 2000-2018-ci illərdə xaricdə istehsal edilərək Çinə gətirilmiş 87 min 120 avtomobil geri çağırılacaq.

Administrasiyanın məlumatında deyilir ki, qüsurlu hava təhlükəsizlik yastıqları Yaponiyanın "Takata" şirkətinin istehsalıdır. Həmin hava təhlükəsizlik yastıqları qəza olmayan normal şəraitdə partlaya və üzərindəki metal hissələri bütün salona yaya bilər. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnir.

BMW yastıqları öz hesabına dəyişəcək.

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR