Slimfit
  1. AVTO VƏ MOTO

BMW iX3 rəsmi olaraq təqdim edilib

BMW iX3 rəsmi olaraq təqdim edilib
Sakura

BMW iX3 rəsmi olaraq təqdim edilib

Seriyaöncəsi BMW iX3 modelinin təqdimatından iki il keçdikdən sonra, nəhayət ki, alman istehsalçısı elektrik güc qurğusu ilə təchiz edilmiş modelin seriya variantını təqdim edib. Doğrudur, artıq yeni elektrik krossoverinin eksteryeri bizim üçün çoxdan sirr deyildir - casuslar modelin rəsmi şəkillərini ələ keçirərək dərc etmişdilər.

Beləliklə, BMW iX3 krossoveri vizual olaraq adi BMW X3 modelindən yalnız "radiator barmaqlığının" tərtibatı, eksteryerdəki mavi haşiyələr və emblemləri ilə fərqlənir. Bununla belə, iki model arasında adi gözlə görünməyən ölçü fərqləri də mövcuddur: elektrik krossoverinin uzunluğu 4,72 metrdən 4.73 metrə qədər artırılmış, eni 1.9 metrdən 1.89 metrə, hündürlüyü 1.68 metrdən 1.67 metrə qədər azaldılmışdır. Oxlar arasındakı məsafə eynidir - 2.86 metr.

Ens.Az autograph.az-a istinadən bildirir ki, BMW iX3 modelinin ağırlığı 2185 kiloqram təşkil edir. Müqayisə üçün, ən populyar olan X3 M40d modelinin çəkisi 2020 kiloqramdır.

Elektromobil 80 kilovat-saatlı batareya ilə təchiz edilsə də, bu tutumun yalnız 74 kilovat-saatı əlçatandır. BMW iX3 modelinin yürüş ehtiyatı 460 kilometr (WLTP) təşkil edir. Bu göstəriciyə görə, BMW iX3 modeli bənzər tutumlu batareyaya malik olan Mercedes-Benz EQC (417 kilometr) krossoverini üstələsə də, əlavə 10 kilovat-saata sahib olan Jaguar I-Pace (470 km) modelindən bir qədər geridə qalır. BMW iX3 modelinin batareyasının 80 faizinin 150 kilovatlıq terminaldan doldurulmasına 34 dəqiqə vaxt tələb olunur.

Elektrokrossverin avadanlıq siyahısına üçzonalı klimat-kontrol, panoram dam, 19-düymlük təkər diskləri (Impressive versiyasında - 20-düymlük), Harman Kardon Surround Sound səs sistemi, dəri salon və avtomatik parklanma sistemi daxil edilmişdir.

BMW iX3 arxa oxda yerləşən 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə hərəkətə gəlir. Elektromobil 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 180 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

BMW iX3 modelinin istehsalı Çindəki BMW-Brilliance müştərək müəssisəsində təşkil edilib. Elektrokarın kütləvi istehsalına yaxın vaxtlarda başlanacaqdır. Bu günə qədər elektrik krossoveri yalnız test rejimində buraxılırdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR