Slimfit
  1. AVTO VƏ MOTO

BMW-dən 1,3 litr sərfiyyatlı X1 modeli gəlir

BMW-dən 1,3 litr sərfiyyatlı X1 modeli gəlir
Sakura

BMW şirkəti X1 modelinin sərfiyyatını 100km üçün 1,3 litr etdi

X1 xDrive25Le yenilənmiş hibridi Şanxay avtomobil sərgisində göstərəcəklər.

BMW şirkəti sərfiyyatı 72% azaldaraq X1 xDrive25Le qoşulan hibridi yenilədi. Modifikasiya əvvəlki kimi ancaq Çində təqdim olunub və Şanxaydakı BMW Brilliance Automotive müştərək müəssisənin zavodunda buraxılır. Yeniliyin ictimai debütü Şanxaydakı avtomobil sərgisində baş tutacaq.

Yenilənmiş BMW X1 xDrive25Le 1,5 litrlik üç silindrli turbo mühərriki, arxa oxa bərkidilmiş altı diapazonlu Steptronic “avtomat”la təchiz olunub. Güc quraşdırmasının ümumi ötürməsi 231 at gücü və 382nm fırlanma anından ibarədtdir. Qoşulmuş hibrid yerindən 100-ə 7,4 saniyəyə sürətlənir. Elektrik mühərriki əvvəlkindən cəmi 2,5 kq ağır olmaqla yüksək enerji sıxlıqlı litium-ion akkumulyatorlar bloku ilə qidalanır.

Yeni material və texnologiyaların tətbiqi BMW X1 xDrive25Le modelinin “elektrik” yürüşünü 83% - 100km-ə qədər artırmağa imkan verdi. Birləşdirilmiş dövrdə sərfiyyat 72% azalaraq 1,3litr oldu. Krossoverin təchizatına panorama dam, 10,25 düymlük sensorlu displeyi və təbii danışıq dəstəyi olan naviqasiya sistemi, diod optikası və parketmə köməkçisi daxildir.

Əvvəlki BMW X1 xDrive25Le. Yeni maşının şəkli hələlik yoxdur

2018-ci ildə BMW X1 xDrive25Le Çində premium seqmentin ən populyar hibridi oldu, indi isə markanın ən qənaətcil modeli oldu. Ondan sonra 100km üçün 1,7 litr sərf edən BMW 530e və 1,9 litr sərf edən 225xe Active Tourer kompaktveni gəlir.

 

Mənbə: Motor.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR