Dərc edildi: Baxış sayı: 527
BMW Çində 139 min avtomobili geri çağırır
Almaniyanın BMW şirkəti kondisiyalaşdırma sistemində ehtimal olunan nasazlıq səbəbindən Çində 139 min avtomobilini geri çağırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, geri çağırma Çində istehsal olunan və ya 2005-ci ildən 2011-ci ilə qədər idxal edilən bəzi "3-series" modellərinə aid olacaq.
Şirkət sistemi yoxlaycaaq və zərurət yaranacağı təqdirdə nasaz detalları dəyişəcək.
Avtomobil istehsalçısı hələ ki, rəsmi olaraq bu məlumatı şərh etməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət