BMTM sədri: 'Həmsədrlərin bəyanatı göstərir ki, onlar Paşinyanın populist bəyanatlarını rədd edirlər'
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edib.
"Report"un xəbərinə görə, F.Şəfiyev bunları bildirib: "ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı sentyabrın 25-də verdikləri bəyanat göstərir ki, onlar Ermənistan baş naziri Nikol Paşinyanın populist bəyanatlarını rədd edirlər. Həmsədrlər danışıqların nəticəsini əvvəlcədən müəyyən edən təxribatçı ritorikanı qəbul etmədiklərini bildiriblər. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndində səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək beləliklə, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.
Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır - bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət