Slimfit
  1. MEDİA

BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də

BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də
Sakura

BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də

14 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

            Görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

            ISESCO-nun baş direktoru ilə keçirilən görüş zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memoradumunun implementasiyası istiqamətində  fikir mübadiləsi aparılıb. Dövlət Agentliyinin sədri “ASAN xidmət” modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi  istiqamətində fəaliyyətin davam etdirildiyini və artıq bununla bağlı bir sıra ölkələrlə Anlaşma Memorandumlarının imzalandığını qeyd  edib.

            ISESCO-nun baş direktoru bu istiqamətdə əməkdaşlığın uğurla həyata keçirilməsinə tərəflərin hazır olmasını müsbət hal kimi diqqətə çatdırıb.

            Bundan əlavə, Dövlət Agentliyi ilə ISESCO arasında  imzalanmış Birgə Əməkdaşlıq Proqramının implementasiyası istiqamətində müzakirələr də həyata keçirilib.

            BMT-nin nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.         

            Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

            Sonra qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar.

            Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR