Dərc edildi: Baxış sayı: 470
BMT Təhlükəsizlik Şurasında İdlibdəki vəziyyət müzakirə ediləcək
Sabah (03 yanvar - Red) BMT Təhlükəsizlik Şurasında Suriyanın İdlib şəhərindəki vəziyyət qapalı rejimdə müzakirə ediləcək.
“Report”un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Təhlükəsizlik Şurasındakı mənbələr məlumat verib.
“Qapalı məsləhətləşmələrin cümə günü saat 10.00-da (Bakı vaxtı ilə 19.00) təyin edilməsi planlaşdırılır”. İkinci mənbə də məlumatı təsdiqləyib.
Bundan əvvəl Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasında İdlibdəki vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün sorğu göndərmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət