Slimfit
  1. DÜNYA

BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır
Sakura

BMT robot qatillərin tətbiqini qadağan edən beynəlxalq saziş hazırlamağa çağırır

Nobel mükafatı laureatı Codi Uilyams Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçirilən mətbuat konfransı zamanı robot qatillərin və ya ölümcül təsirli avtonom sistemlərin tətbiqinin əleyhinə çıxıb. O bildirib ki, onlardan istifadə üçün icazənin verilməsi mənəvi və etik dəyərlərə xələl gətirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “UN” resursuna istinadən yazır ki,  C.Uilyamsın sözlərinə görə, onların istehsalı və döyüşlər zamanı istifadəsi qadağan olunmalıdır.

O qeyd edib ki, hətta belə qurğu istehsal edən mütəxəssislər robotların döyüş meydanında necə davranacağı barədə təsəvvürə malik deyillər. “Ölümcül təsirli avtonom sistemlər gözlənilməzliyi ilə seçilməklə yanaşı, böyük döyüş potensialına malikdir. Robot qatillər özündə həm döyüşçünü, həm də silahı birləşdirir”, – C.Uilyams vurğulayıb.

Məlumata görə, məşhur ictimai fəal bu yaxınlarda dünyanın 60 ölkəsinin 130 qeyri-hökumət təşkilatının iştirak etdiyi robot qatillərə qarşı kampaniyaya qoşulub. Kampaniyanın məqsədi dövlətləri müstəqil – insan tərəfindən nəzarət olmadan hədəfləri seçən və vuran avtonom sistemlərdən istifadəni qadağan edən beynəlxalq saziş hazırlamağa inandırmaqdır.

BTM-də uzun müddətdir robot qatillərin qadağan edilməsinin vacibliyi ilə bağlı müzakirələr aparılır. Belə ki, bu ilin martında BMT baş katibi Antoniu Qutteriş bildirib ki, hədəfi müstəqil seçərək onu vura bilən sistemlərin mövcudluğu və istifadəsi siyası baxımdan yolverilməz, əxlaq baxımından isə iyrəncdir. “Onlar beynəlxalq hüquqla qadağan olunmalıdır”, – o bəyan edib.

Mətbuat konfransında robot qatillərdən istifadədən qadağan üzrə kampaniyanın koordinatoru Meri Uerhem deyib ki, dünyanın heç bir ölkəsi ölümcül təsirli avtonom sistemləri açıq şəkildə dəstəkləmir. O, ölkələri robot qatillərdən istifadəni qadağan edən sazişin hazırlanmasında iştiraka dəvət edib.

Onun sözlərinə görə, sazişin qəbulunun vacibliyi ilə bağlı Cenevrədə keçirilən beynəlxalq görüşlərdə bu təşəbbüs əleyhinə əsasən Rusiya və ABŞ nümayəndələri çıxış ediblər.

“Ölümcül təsirli avtonom sistemlərin inkişafına Çin, Cənubi Koreya, İsrail, Böyük Britaniya, eləcə də Türkiyə və İran kimi ölkələr də investisiya yatırır”, – M.Uerhem əlavə edib. O, ölkələri robot qatillərdən istifadəni qadağan edən beynəlxalq sazişi mümkün qədər tez qəbul etməyə çağırıb.

Nizam Nuriyev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR