BMT-nin koronavirusla bağlı xüsusi sessiyası çağırılıb - RƏSMİ
“BMT Baş Assembleyasının çox az sayda xüsusi sessiyası çağırılıb ki, onlardan birinin də təşəbbüskarı Azərbaycandır”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, bu günə qədər belə sessiyalar nadir hallarda keçirilib:
“Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası çağırılıb. Bu sessiyanın çağrılmasına 130-dan çox ölkə dəstək verib.
Koronavirusla bağlı çağırılan sessiya ilə əlaqədar zəruri olan bütün tədbirlər görülür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət