Slimfit
  1. AZƏRBAYCAN

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
Sakura

BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib

BMT İnsan Hüquqları Şurasının (İHŞ) 39-cu sessiyası çərçivəsində Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi üzrə hesabatın qəbul edilməsi ilə bağlı iclas keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov açılış nitqi ilə çıxış edib və UDİ üzrə baxışda rəsmi Bakıya təqdim olunan 259 tövsiyədən əksəriyyətinə dəstək verildiyini, onların bir hissəsinin artıq həyata keçirildiyini və qalan tövsiyələrin isə həyata keçirilməkdə olduğunu bildirib. 

Nazir müavini Azərbaycanın BMT-nin müqavilə qurumları və UDİ mexanizmi çərçivəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. O, bu xüsusda sözügedən mexanimzlər çərçivəsində Azərbaycana münasibətdə qəbul edilən tövsiyələrin icrasına nəzarəti daha da gücləndirilmək məqsədi ilə milli mexanizm kimi fəaliyyət göstərəcək işçi qrupun yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı barədə məlumat verib.

X.Xələfov korrupsiyaya qarşı mübarizə, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Azərbaycanın iqtisadi göstəricilərinin artmasının davamlı və ardıcıl inkişafın göstəricisi olduğunu diqqətə çatdıran X.Xələfov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial, o cümlədən dayanaqlı inkişaf, səhiyyə, təhsil, qadın, uşaq, əlillərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumatı diqqətə çatdırıb.

Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunaraq, 2016-cı ilin aprel ayında Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işlər barədə şuranı məlumatlandırıb.

Bu xüsusda, X.Xələfov son 30 il ərzində Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin əsas hüquqlarının pozulduğunu qeyd edib və bu xüsusda, BMT-nin İnsan Hüquqları Şurasını, eləcədə onun xüsusi mexanizmlərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının müaviq qətnamələrinə uyğun olaraq, azərbaycanlı qaçqın və məcburi köçkünlərinin pozulan hüquqlarının bərpası istiqamətində ciddi addımlar artmağa çağırlb.

Nazir müavini Azərbaycan hökuməti tərəfindən Ermənistanın tövsiyəsinə UDİ-nin məqsəd və mexanizminə zidd olduğunu vurğulayıb və qeyd edib ki, həmin tövsiyələr Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa xidmət edir.

İclas zamanı bir çox ölkələrin nümayəndələri çıxış edərək, ölkəmizin UDİ üzrə növbəti prosesinin uğurla və müvəffəqiyyətlə həyata keçirilməsi və ölkəmizin nümayəndə heyətinin konstruktiv iştirakına görə Azərbaycan tərəfini təbrik edib, Azərbaycan Respublikasının UDİ üzrə hesabatının İHŞ tərəfindən yekdilliklə qəbul edilməsini tövsiyə ediblər.

Tədbirdə iştirak edən bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları öz çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyəti, məhkəmə, mətbuat və söz azadlığı, vəkillik, gender bərabərliyi və cinsi azlıqlar məsələlərinə münasibət bildiriblər.

İclasın sonunda UDİ üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının baxışı üzrə hesabatı İHŞ tərəfindən yekdilliklə qəbul olunub. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR