Dərc edildi: Baxış sayı: 485
BMT-nin baş katibi koronavirusa baxmayaraq Moskvaya səfər edəcək
BMT-nin baş katibi Antoniu Quttereş koronavirusa baxmayaraq 9 May - Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Moskvaya səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə A. Quterreş TASS-a müsahibəsində bildirib.
“Koronavirusa baxmayaraq planım hələ də qüvvədədir”, - deyə baş katib qeyd edib.
A. Quttereş ölkələrin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq və koordinasiya şəraitində çalışacaqları təqdirdə koronavirusun nəzarətdə saxlanacağını, pandemiyaya çevrilməsinin qarşısının alına biləcəyini də diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət