Slimfit
  1. DÜNYA

BMT: Koronavirusdan Afrikada üç milyondan çox insan ölə bilər

BMT: Koronavirusdan Afrikada üç milyondan çox insan ölə bilər
Sakura

BMT: Koronavirusdan Afrikada üç milyondan çox insan ölə bilər

Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Komissiyası (UNECA) lazımi tədbirlər görülməsə, bölgədə 300 mindən 3 milyon 300 minə qədər insanın koronavirusdan öləcəyini açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, komissiyanın epidemiyanın iqtisadiyyata və sosial həyata təsiri ilə bağlı hazırladığı hesabatda virusun yayılmasının nəzarət altında olmasına baxmayaraq, qitə üçün mənfi iqtisadi təsirlərin qaçılmaz olduğu vurğulanır.

 

Bildirilib ki, qitənin böyük şəhərlərində yaşayan insanların 56 faizi həddən artıq sıxlıqda və məhdud imkanlarla şəhərətrafı ərazilərdə yaşayır. Onların yalnız 34 faizi əl yuma vasitələrinə malikdir.

Hökumətlərin səhiyyə və sosial sahədəki ehtiyaclarını ödəmək üçün 100 milyard dollara ehtiyacı olduğu qeyd edilir.

Afrikadakı işçi qüvvəsinin 71 faizinin qeyri-rəsmi işi olduğu xatırladılaraq, bu insanların evdən işləmək iqtidarında olmadığı və nəticədə, 27 milyon nəfərin həddən artıq yoxsulluğa sürüklənə biləcəyi vurğulanır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR