Slimfit
  1. AZƏRBAYCAN

BMT ilə Azərbaycan arasında reallaşdırılan layihələr uğurla icra olunur

BMT ilə Azərbaycan arasında reallaşdırılan layihələr uğurla icra olunur
Sakura

BMT ilə Azərbaycan arasında reallaşdırılan layihələr uğurla icra olunur

Sentyabrın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə səfərdə olan BMT-nin baş katibinin müavini, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun icraçı direktoru Nikhil Set ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Azərbaycanla BMT arasında mövcud əməkdaşlıq münasibətlərini və əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib.

Baş nazirin müavini BMT ilə Azərbaycan arasında reallaşdırılan layihələrin uğurla icra olunduğunu bildirib. O, belə layihələrin bir çoxunun Dayanıqlı İnkişafla bağlı olduğunu vurğulayaraq, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin verdiyi dəstəyin böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavini Milli Əlaqələndirmə Şurasına sədr təyin olunub. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 2019-cu ildə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim ediləcəyini də bildirib.

BMT-nin baş katibinin müavini, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun icraçı direktoru Nikhil Set uzun müddətdir Azərbaycana səfərə gəlməsini arzuladığını söyləyib. Azərbaycanda vətəndaşların mövcud potensialının yaxşı dəyərləndirildiyini vurğulayan qonaq səfərin onda xoş təəssürat yaratdığını vurğulayıb. O, BMT-nin bir sıra ölkələrdə insanlara daha yaxşı həyat şəraiti təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirdiyini söyləyib.

Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov görüşdə iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR