Slimfit
  1. DÜNYA

BMT-dən koronavirusla bağlı çağırış

BMT-dən koronavirusla bağlı çağırış
Sakura

BMT-dən koronavirusla bağlı çağırış

Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə açıq çağırış edib

Axar.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə koronavirus pandemiyasına qlobal reaksiya kimi ilk dəfə olaraq pandemiya haqqında doğru mesajların yayılmasına kömək etmək məqsədilə effektiv və əlçatan məlumatların yaradılması üçün Birləşmiş Millətlər Təşkilatı Yaradıcı Sənayelərə açıq çağırış edib.

Çağırışın məqsədi yanlış məlumatların yayılmasını dayandıraraq koronavirusun yayılmasının minimuma endirilməsi və ya qarşısı alına biləcək ərazilərə faydalı məlumatların əvvəlcədən çatdırılmasıdır. Yaradıcı insanlara səslənən çağırışda BMT bunun tək bir təşviqat olmadığını, əksinə fərqli mədəniyyətlərə, dil və yaş qruplarına, coğrafiyalara mənsub olan izləyicilərə çatmaq üçün "çoxsaylı yaradıcı həllər" çağırışının olduğunu vurğulamışdır. Bu məqsədlə, BMT şəxsi gigiyenanı, sosial məsafəni, simptomları tanımanı, xoş niyyətin yayılmasını, yanlış məlumatların qarşısının alınmasını yaradıcı insanların ictimai fəallığı üçün əsas sahələr kimi təklif etmişdir.

Təşkilat yaradıcı insanlara xüsusi auditoriyaları hədəf almağı; təsir gücünə malik olanlara bu məlumatları öz izləyiciləri iə bölüşməyi; media sahiblərinə öz platformalarında yaymağı; dünya brendlərini öz reklam sahələrini bu mesajları paylaşmaq üçün istifadə etməyi; ictimaiyyəti isə bu mesajların öz cəmiyyətlərinə uyğunlaşdırılaraq yayılmasına kömək etməyı təklif edir.

BMT-nin baş katibi Antonio Qutereş öz açıqlamasında "biz görünməmiş bir vəziyyətdəyik və normal qaydalar artıq tətbiq edilə bilməz, belə bir zamanda adi vasitələrə müraciət edə bilmərik" deyə qeyd etmişdir. O, yaradıcı insanları, müxtəlif təsir güclərinə malik şəxsləri, şəbəkələri, media sahiblərini və digərləri ÜST-ün tədbirlərini həyata keçirməyə və onun mesajlarını əvvəllər çatdırılmamış auditoriyalara yaymağa kömək etməyə çağırmışdır.

BMT məlumatların ÜST-ün müəyyən etdiyi əsas sahələrdən və bu təşkilatdan alınan məlumatlardan yayınmamaq şərti ilə çatdırmağa xahiş etmişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR