BMT-dən ABŞ-a xəbərdarlıq: Pulu gətir
134 ölkə BMT büdcəsinə vəsait köçürüb.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak deyib.
O, sözlərinə belə davam edib: “Son həftədə qurumun büdcəsinə 200 milyon dollar daxil olub. Bu isə işçilərin müavinətlərinin verilməsinə kömək etdi. Büdcəyə vəsaitin daxil olması yaxşı göstəricidir, ancaq digər ölkələrin də eyni addımı atacağını gözləyirik. 59 ölkə hələ də vəsaiti tam ödəməyib. Ümid edirik proses tezliklə yekunlaşacaq”.
Onun sözlərinə görə, borclu ölkələr arasında ABŞ, Braziliya, İran, Venesuela, Argentina və Meksika da var.
Sanksiya tətbiq edilən İran və Venesueala kimi ölkələr ödənişi necə edə bilər sualına isə F.Hak cavab kimi bildirib ki, ciddi problemlər mövcuddur:
“Biz ödənişin reallaşması üçün həmin ölkələrlə alternativ versiyalar axtarırıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət