Slimfit
  1. SİYASƏT

BMT-dəki daimi nümayəndə: Ermənistan BQXK-nin fəaliyyətini siyasiləşdirməyə cəhd edir

BMT-dəki daimi nümayəndə: Ermənistan BQXK-nin fəaliyyətini siyasiləşdirməyə cəhd edir
Sakura

BMT-dəki daimi nümayəndə: Ermənistan BQXK-nin fəaliyyətini siyasiləşdirməyə cəhd edir

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Qarabağdakı qeyri-legitim rejim vasitəsilə razılaşmaları pozduğunu bildirib və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin siyasiləşdirilməsinə cəhd etdiyini diqqətə çatdırıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə azərbaycanlı diplomat BMT-nin Təhlükəsizlik Şurasının iclasında danışıb.

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yerli sakinlərə humanitar yardım çatdırması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton blokları və bütün digər fiziki maneələri sökmək lazım idi. Bunun ardınca BQXK-nin 24 saat ərzində Laçın yolundan istifadə imkanlarının genişləndirilməsi nəzərdən keçirilirdi. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bir saat ərzində bu razılaşmanın praktiki icrasına başlamağa hazır idi”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, bundan başqa, “yaxınlıqdakı Azərbaycanın Yevlax şəhərində mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu”.

BMT-dəki daimi nümayəndə qeyd edib ki, avqustun 5-də Ermənistan öz qeyri-legitim rejiminin vasitəsilə siyasi motivli və qanunsuz ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürərək hər iki razılaşmadan son anda imtina edib: “Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılması razılaşmasının pozulması yeganə maneə deyil. Əslində, bu, Ermənistanın bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirmək, habelə humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq və yerli etnik ermənilərin reinteqrasiyasına mane olmaqdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR