Dərc edildi: Baxış sayı: 1220
BMT-də Rusiya əleyhinə qətnamə: 140 ölkə səs verdi
BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qətnaməni bir neçə ölkə, o cümlədən ABŞ, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Almaniya, Litva və Latviya dəstəkləyib. Qətnamənin lehinə 140 dövlət səs verib, 38 dövlət bitərəf qalıb, Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya əleyhinə çıxıb.
Qətnamədə deyilir ki, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları dərhal dayandırmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət