Slimfit
  1. SİYASƏT

BMT-də Azərbaycanın işğal olunumuş əraziləri müzakirə olunacaq

BMT-də Azərbaycanın işğal olunumuş əraziləri müzakirə olunacaq
Sakura

BMT-də Azərbaycanın işğal olunumuş əraziləri müzakirə olunacaq

BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə daxil edilən sənədlər arasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri də var.

Oxu.Az-ın məlumatına görə, qətnamə layihələri assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından növbəti toplantının gündəliyinə müvafiq olaraq 41 və 35-ci bəndlər altında salınıb. 

Bu sessiyanın gündəliyində ümumilikdə 175 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var. 

BMT Baş Assambleyasının 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək.

Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR