Slimfit
  1. DÜNYA

BMT: Bəşəriyyətin yarıdan çoxu internet istifadəçisidir

BMT: Bəşəriyyətin yarıdan çoxu internet istifadəçisidir
Sakura

Bu ilin sonuna qədər dünyada internet istifadəçilərinin sayı 3,9 mlrd. nəfərə çatacaq

Bu ilin sonuna qədər dünyada internet istifadəçilərinin sayı 3,9 mlrd. nəfərə çatacaq.

Report” xəbər verir ki, bu proqnozla BMT-nin Cenevrədə (İsveçrə) yerləşən qurumu - Beynəlxalq Elektrik Rabitəsi İttifaqı (İBEC) çıxış edib. 

İttifaqın baş katibi Cao Haulinq internet istifadəçilərinin sayının artmasını "daha inklüziv informasiyalı cəmiyyətə doğru mühüm addım” kimi qiymətləndirib. O, rəqəmsal inqilab nəticəsində şəbəkədən kənarda qalanın olmaması üçün texnologiyalarda və biznesdə innovasiyaları dəstəkləməyin vacibliyini diqqətə çatdırıb.

İBEC-in məlumatına görə, 2005-ci ildən internet istifadəçilərinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 50,3%-dən 80,9%-ə, inkişaf emtəkdə olan ölkələrdə 7,7%-dən 45,3%-ə, o cümlədən Afrika ölkələrində 2,1%-dən 24,4%-ə çatıb. Bu ilin sonuna Qərb yarımkürəsi əhalisinin 69,6%-nin, MDB ölkələri əhalisinin 71,3%-nin, ərəb ölkələri əhalisinin isə 54,7%-nin internet istifadəçisi olacağı gözlənilir. Hazırda inkişaf etmiş ölkələrdə ailələrin 83,2%-də, inkişaf etməkdə olan ölkələrdə isə 36,3%-də kompüter var. Dünya əhalisinin 90%-dən çoxunun 3G və daha yüksək sürətli internetə çıxışı var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR