“Bloomberg”: Türkiyə Ruttenin NATO-nun baş katibi təyin edilməsini bloklaya bilər
Türkiyə Niderlandın baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin NATO-nun növbəti Baş katibi olmaq təklifini təsdiqləməzdən əvvəl ondan müəyyən təminat almaq istəyir.
Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.
Qeyd edilib ki, rəsmi Ankara Rutte və ya hər hansı digər namizədin Avropa İttifaqındakı alyans üzvlərinə qarşı qərəzli olmamasını, xüsusən də Yunanıstan və Kiprdən təzyiqlərə məruz qalmamasını təmin etməkdə maraqlıdır.
Türkiyə həmçinin Ruttedən Ankaranın NATO-nun Avropa İttifaqı ilə tərəfdaşlığına qoşulmasına icazə verməsini və NATO müttəfiqləri arasında müdafiə ixracına heç bir məhdudiyyətin olmamasını təmin etməsini istəyir.
Nəşr vurğulayıb ki, bütövlükdə Türkiyənin siyasi rəhbərliyi Ruttenin hazırkı baş katib Yens Stoltenberqin yerinə keçməsinə prinsipial olaraq müsbət yanaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət