Blinkenin Putinlə bağlı açıqlaması ABŞ-da şok effekti yaratdı
"ABŞ-ın dövlət katibi Antoni Blinkenin Ukraynadakı vəziyyət və Rusiya prezidenti Vladimir Putinin məqsədləri ilə bağlı yanlış təsəvvürləri Moskvanın əlinə oynayır".
Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
Dekabrın sonunda Blinken bildirib ki, Rusiya dövlət başçısı Ukraynada əsas məqsədinə nail ola bilməyib. Belə ki, Moskvanın keçmiş Sovet respublikasını xəritədən silmək istəyi baş tutmayıb.
“Düşünürəm ki, ruslar yəqin ki, hər gecə dua edirlər: “Entoni Blinken üçün çox sağ olun. Onun bu qədər yanılması və reallıqdan uzaq olması yalnız Rusiyanın irəliləməsinə kömək edir”, – ekspert öz fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, Blinkenin heç bir ifadəsi doğru deyil. Eyni zamanda, keçmiş MKİ analitiki Vaşinqton rəsmilərinin guya Rusiya Federasiyası üzərində hansısa hərbi qələbə qazana bildiklərinə səmimi inamlarından narahat olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət