Dərc edildi: Baxış sayı: 603
Biznesmen 1 qəpiyə görə məhkəməyə verilir
Rusiyanın Kamçatka şəhərində biznesmen Aleksandr İvanov 1 qəpik borca görə məhkəməyə düşmək təhlükəsi ilə üzləşib. FaktXəbər-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi yazıb.
Məlumatda bildirilir ki, bu yaxınlarda iş adamı İcra Hakimiyyəti tərəfindən torpaq icarə haqqı borcu ilə bağlı bildiriş alıb. "Sizin icarə haqqı borcunuz 1 qəpik təşkil edir. Borcunuzu 30 iş günü ərzində ödəməyiniz xahiş olunur. Əks təqdirə qurum məhkəməyə müraciət edəcək", - sənəddə yazılıb.
Qeyd edək ki, biznesmen borcu tam ödədiyini iddia edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət