Slimfit
  1. DÜNYA

Bizneslə məşğul olan işgüzar şeyx xanımları

Bizneslə məşğul olan işgüzar şeyx xanımları
Sakura

Bizneslə məşğul olan işgüzar şeyx xanımları

1. Moza Xamada Bin Xəlifə Əl-Tani, Qətər əmirinin yoldaşı, hal-hazırki şeyxin anasıdır. Xamada ərəb ailəsinin nümayəndəsi olmasına baxmayaraq olduqca aktiv və işgüzar xanımdır. O, Yunesco-nun xoşməramlı səfiri olmaqla yanaşı, bir sıra dövlət və ictimai işlərdə fəal iştirak edir. O, həmçinin Britaniyanın xüsusi ordeni ilə də təltif olunub.

2. Abdul ibn Əl-hüseyn Əl-Həşiminin yoldaşı və İordaniyanın şəhzadəsi xanım Rəna da ərəb qadınları içində öz işgüzar həyatı və üslubu ilə seçilən xanımlardan biridir. O, həmçinin kral tərəfindən İordaniya ordusunda polkovnik rütbəsinə layiq görülüb. İordaniya şəhzadəsi Yaxın Şərqdə qadınlara qarşı qeyri-standart yanaşmaya qarşı mübarizə aparmaqla bərabər onların öz ayaqları üstündə durması üçün müxtəlif tədbirlər təşkil edir.

3. Əmirə əl-Tavil Birləşmiş Ərəb Əmirliyində olduqda yüksək nüfuza malik xanımlardan biridir. Ali təhsilini Amerikada biznesin idarə olunması üzrə alan xanım ölkə qanunlarına qarşı gəlməsi ilə də məhşurdur. BƏƏ-də yeni qüvvəyə minməsinə baxmayaraq, Əmirə ondan öncəki illərdə maşın idarə edirdi. Xanım Əmirə yoxsulluqla mübarizə üzrə bir sıra layihələri maliyyələşdirən fondun rəhbəridir. Bundan əlavə o, Britaniya şəhzadəsi Filipə Kembricdə islam araşdırma mərkəzinin açılmasında yaxından köməklik göstərib. Əmirə keçmiş həyat yoldaşı ilə birgə Fondun Somaliyə yardımında da yaxından iştirak edirdi.

 

Mənbə: 1lady.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR