Bizimlə öyrənin: WhatsApp-dan internetsiz istifadə etmək üçün...
“WhatsApp” smartfonların əsas mesajlaşma proqramıdır. Hətta telefonların adi mesajlaşma tətbiqindən çox istifadə olunur. “WhatsApp” internetlə istifadə olunan bir proqram kimi tanınır. Lakin artıq internet olmadan da “WhatsApp”la əlaqə qurmaq mümkündür.
TED.az olaraq bu yazımızda internetdən istifadə etmədən “WhatsApp” tətbiqindən istifadə etməyin yolunu göstəririk.
Bunun üçün ilk növbədə Android cihazından telefonunuzun “Tənzimləmələr” bölməsinə daxil olun. Daha sonra “Mobil şəbəkələr” bölməsini seçin. Buradan “Giriş nöqtələrinin adları” hissəsindən yuxarı sağ küncdə verilən “+” (“Giriş nöqtəsini redaktə edin”) bölməsinə daxil olun.
“Ad” yerinə “WhatApp”; “APN” hissəsinə “internet”; “proxy” yerinə “127.0.0.01”; və “port” hissəsinə isə “8080” qeyd edin.
Təqdim etdiyimiz məlumatları qeyd etdikdən sonra yadda saxlayın və Giriş nöqtələrinin adları hissəsinə qayıdın “WhatsApp”ı seçin.
Bu prosesdən sonra “4G” işarəsini görəcəksiniz, lakin GSM şirkəti internet xərclərini əks etdirmir. “Giriş nöqtə adı” yerində “WhatsApp” seçildikdə, yalnız “WhatsApp”dan istifadə edirsiniz. Bu halda “WhatsApp” vasitəsilə internetdən başqa bir şey istifadə edə bilməzsiniz. Normal internetə qoşulmaq üçün, yenidən “giriş nöqtələrinin adları” yerindən əvvəl istifadə etdiyiniz şəbəkəyə keçməlisiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət