Dərc edildi: Baxış sayı: 454
"Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır" - Ərdoğan
Oxunub: 166 09:59 14 Noyabr 2019
"Qondarma "erməni soyqırımı" məsələsi ilı bağlı 104 il öncə müharibə şəraitində baş verən hadisələrdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır".
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Ərdoğan oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin qəzəbli olduğunu və bunun hər iki ölkə arasındakı mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini deyib.
"Türkiyə bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarıdır. Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır", - deyə o əlavə edib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət