Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bizi koronavirusdan xilas edəcək ən başlıca metod: Mütləq izləyin

Bizi koronavirusdan xilas edəcək ən başlıca metod: Mütləq izləyin
Sakura

Bizi koronavirusdan xilas edəcək ən başlıca metod: Mütləq izləyin

Əllərimizi su və sabunla 20-30 saniyə ərzində yumaq bütün dünyanı cənginə alan koronavirus (COVİD-19) epidemiyasına qarşı həyata keçirə biləcəyimiz ən vacib tədbirlərdən biridir.

Publika.az xəbər verir ki, əllərimizi mütəmadi yumaq təkcə koronavirusa qarşı yox, demək olar ki, bütün yoluxucu xəstəliklərə qarşı divar funksiyasını yerinə yetirir.

Sabun dərinizdəki yağları və çirkləri parçaladığı halda, su dərinin səthində olan mikrobları tamamilə yuyub aparır.

“Tvitter” sosial şəbəkəsinin Harjinder Singh Kukreja adlı istifadəçisi səhiyyə mütəxəssisləri tərəfindən tövsiyə olunan ən düzgün əl yuma texnikasını göstərən video hazırlayıb. Məlum video qısa müddətdə “Tvitter”də 16 milyondan çox izlənmə sayı toplayıb.

45 saniyəlik video sabunla əl yumağın özünüzü, ailənizi və ətrafınızdakı insanları qorumağın ən vacib yollarından biri olduğunu açıq şəkildə göstərir.

Həmin görüntüləri təqdim edirik:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR