Slimfit
  1. SİYASƏT

Biz bu yolu mütləq yenidən qurmalıyıq - Prezident

Biz bu yolu mütləq yenidən qurmalıyıq - Prezident
Sakura

Biz bu yolu mütləq yenidən qurmalıyıq - Prezident

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.

Axar.az xəbər verir ki, Prezident Ələt-Astara dəmir yolunda görülən işlərlə maraqlanıb:

Prezident İlham Əliyev: Yaxşı. Bəs, Ələt-Astara dəmir yolunda hansı işlər görülür?

Cavid Qurbanov: Ələt-Astara yolu ilə bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yol kənardan aparılsın. Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də biz o tərəfdə böyük terminal tikmişik. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur.

Prezident İlham Əliyev: Bəli, biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik.

Bir də ki, mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün. Həmçinin, bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri görmüsünüz?

Cavid Qurbanov: Cənab Prezident, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək.

Prezident İlham Əliyev: Bəli, o yola da çox böyük diqqət göstərilməlidir. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracağıq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR