Slimfit
  1. AZƏRBAYCAN

Biz bu ölkəni böyük maraqla izləyirik - Prezident

Biz bu ölkəni böyük maraqla izləyirik - Prezident
Sakura

Biz bu ölkəni böyük maraqla izləyirik - Prezident

Əsrlər boyu Çin xalqı özünün qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfəsini verib.

Axar.az xəbər verir ki, bunu aprelin 17-də Çinin Sinxua agentliyinə müsahibəsində Prezident İlham Əliyev deyib.

"Çin Xalq Respublikası yarandığı tarixdən böyük inkişaf yolu keçib. Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə edib. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik.

Əminəm ki, Çin inkişaf, firavanlıq və tərəqqi yolu ilə getməkdə davam edəcəkdir. Bu işdə Çin xalqına və onun rəhbərliyinə yeni uğurlar diləyir, Çin Xalq Respublikasının yaranmasının qarşıdan gələn 70-ci ildönümü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram", - İ. Əliyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR