Dərc edildi: Baxış sayı: 736
“Biz Azərbaycanı tam dəstəkləyirik” - Xorvatiya prezidenti Qarabağdan danışdı
Bir daha, cənab Prezident, Sizə və nümayəndə heyətinizə Xorvatiya Respublikasına “Xoş gəlmisiniz!” deyirəm. Ümid edirəm ki, gününüz məhsuldar və xoş keçib və bu axşam dostlar arasındakı şam yeməyi Sizin ürəyinizcə olacaq.
AzVision.az xəbər verir ki, bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Zaqrebdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib. O, qeyd edib:
"İnanıram ki, bu gün təkcə apardığımız danışıqlar, həmçinin Baş nazirlə və parlamentin sədri ilə apardığınız söhbətlərlə yadda qalmadı. Anlaşma memorandumunun imzalanması, xüsusilə də enerji sektorunda fəaliyyət göstərən şirkətlər arasında danışıqlarla biz Xorvatiya və Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsinə qədəm qoyduq.
Cənab Prezident, ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermək məqsədilə Sizinlə, sizin hamınızla birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz hər iki ölkənin inkişafını arzu edirik. Əfsuslar olsun ki, tarixən qeyri-sabit regionda yerləşən hər iki ölkəyə sabit və firavan gələcəyə ümidlə baxmağı, açıq qalan istənilən məsələləri və həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu edirəm və bu məsələdə biz sizi tam dəstəkləyirik".
Kolinda Qrabar-Kitaroviç bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında olan xüsusi tərəfdaşlıq vasitəsilə Avropa İttifaqı kontekstində birlikdə çalışmağı arzu edirəm: "Bu gün qeyd etdim ki, NATO-nun tərəfdaşı qismində verdiyiniz töhfələrə, xüsusilə Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyiniz töhfəyə görə biz Sizə minnətdarıq. Lakin, eyni zamanda, ümumi kontekstə regional və qlobal təhlükəsizliyi müzakirə etdiyimizə, ümumi maraqlarımıza və ümumi gələcəyimizə görə Sizə təşəkkürümü bildirirəm. Bir daha Sizə çox xoş axşam və Xorvatiyada xoş vaxt keçirməyi arzu edirəm".

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət